Dünyada 12-ci - AZƏRBAYCAN

Xəbərlər
7 Oktyabr 2024 10:02
315
Dünyada 12-ci - AZƏRBAYCAN

Perunun paytaxtı Limada keçirilən atıcılıq üzrə gənclər arasında dünya çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, yarışda 38 dəst medal sahibini tapıb.

51 ölkədən 566 atıcının qatıldığı mundialda Azərbaycan da təmsil olunub. İştirakçı ölkələrdən 22-sinin idmançıları mükafatçılar sırasında yer alıb.

Azərbaycan mundialı 3 medalla bitirib. 50 metr məsafəyə atəşaçmada oğlanların yarışında İmran Qarayev qızıl, qızların mübarizəsində Sofiya Barxalova bürüncə sahib çıxıb. Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət millimiz 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada komanda yarışında gümüş əldə ediblər.

Azərbaycan millisi çempionatın medal sıralamasında 12-ci yeri tutub. Ümumilikdə isə 15 ölkə qızıl medal qazanıb.

Qeyd edək ki, 13 qızıl, 3 gümüş və 8 bürünc əldə edən Hindistan medal siyahısında mundialın qalibi olub.

İdman.biz

Məqalədə: