Nigar Nəsirova final mərhələsində

Xəbərlər
15 Oktyabr 2024 12:34
275
Nigar Nəsirova final mərhələsində

Atıcılıq üzrə dünya kubokunun final mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, Hindistanda təşkil olunan yarışa qatılan yeganə Azərbaycan təmsilçisi Nigar Nəsirova mübarizəyə başlayıb.

10 m məsafədən pnevmatik tapança ilə atəş açmada çıxış edən snayperimiz təsnifatda 568 xal toplayıb. O, 9 iştirakçı arasında 7-ci yeri tutub. Bu nəticə Nigara həlledici raunda vəsiqə qazanan 8 idmançı sırasında olması üçün yetərli olub.

Qeyd edək ki, mükafatçılar bu gün Bakı vaxtı ilə saat 13:15-də başlayacaq final mərhələsində müəyyənləşəcək.

İdman.biz