Dünya kubokunda 8-ci

Xəbərlər
15 Oktyabr 2024 14:37
267
Dünya kubokunda 8-ci

Hindistanda keçirilən atıcılıq üzrə dünya kubokunun final mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan snayperi Nigar Nəsirova çıxışını başa vurub.

Təmsilçimiz 10 m məsafədən pnevmatik tapança ilə atəş açmada dəqiqliyini sınayıb. Təsnifatda 8-ci yerin sahibi kimi həlledici raunda vəsiqə qazanan atıcımız bu dəfə 115,6 xal yığıb. O, dünya kubokunu 8-ci yerdə yekunlaşdırıb.

Qeyd edək ki, Nəsirova Azərbaycan millisinin yarışdakı yeganə təmsilçisi olub.

İdman.biz