Bakı Atıcılıq Mərkəzində Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan şanlı qələbəyə həsr olunan güllə və stend atıcılığı üzrə Zəfər kuboku start götürüb.
İdman.biz xəbər verir ki, 2 gün davam edəcək turnirə müxtəlif bölgələrdən olan və fərqli idman klublarını təmsil edən 200-ə yaxın idmançı qatılıb.
İştirakçılar güllə atıcılığı üzrə pnevmatik tapança və tüfəng, stend atıcılığı üzrə dairəvi və səngər stendi üzrə həm fərdi, həm də solo formatda qüvvələrini sınayırlar.
İdman.biz