Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) bu il Bakıda iki hakimlik kursu keçirəcək.
İdman.biz xəbər verir ki, bunlardan birincisi fevralın 20-23-də keçiriləcək.
İlk kursda güllə atıcılığı yarışlarında çalışan hakimlər iştirak edəcəklər.
Fevralın 27-dən martın 2-dək isə stend atıcılığı üzrə hakimlər kursu keçiriləcək.
Burada qarşıdan gələn Olimpiya tsiklində tətbiq ediləcək yeni qaydalar, yarışların reqlamentindəki dəyişikliklər və hakimliyin cari məsələləri müzakirə olunacaq.
İdman.biz