Güllə atıcılığı üzrə Azərbaycan komandası yanvarın 9-dan Sloveniyanın Ruse şəhərində Qran-pri turnirində çıxış edəcək.
İdman.biz xəbər verir ki, yarışda 20 ölkədən ümumilikdə 142 idmançı 12 dəst mükafat uğrunda mübarizə aparacaq.
İştirakçılar arasında Olimpiya oyunlarının bürünc mükafatçısı Miran Mariçiç (Xorvatiya) və Olimpiya çempionu Damir Mikeç (Serbiya) də olacaq.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində Xanna Əliyeva, Nigar Nəsirova, Ruslan Lunyov, Vladislav Kalmıkov, Ramiz Xəlilov və Üzeyir Tapdıqlı yer alıb.
İdman.biz