Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə beynəlxalq hakimlik kursları keçirilib.
İdman.biz xəbər verir ki, beynəlxalq arenada peşəkar referilər yetişdirmək məqsədi ilə baş tutan kurslarda Azərbaycan, Polşa, Pakistan və Estoniyadan olan ədalət təmsilçiləri işirak edib.
Kursda 2025-ci ildə təsdiq olunmuş ISSF qaydaları ilə bağlı ətraflı məlumat verilib. Daha sonra hakimlər əldə etdikləri biliklər əsasında imtahandan keçiblər.
Qeyd edək ki, seminarlar və praktiki məşğələlər zamanı referilər biliklərini təkmilləşdirib, kursun sonunda isə imtahan verərək beynəlxalq sertifikat əldə ediblər.
İdman.biz