Bakıda keçirilən güllə atıcılığı üzrə beynəlxalq hakimlik kursları yekunlaşıb.
İdman.biz xəbər verir ki, tədbir Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) tərəfindən təşkil olunub.
Fevralın 27-də daha bir kursa start veriləcək. Martın 2-dək stend atıcılığı üzrə hakimlik kursları keçiriləcək.
Qeyd edək ki, fevralda planlaşdırılan beş hakimlik kursundan ikisi Bakıda təşkil olunur.
İdman.biz