Xorvatiyanın Osiyek şəhərində keçirilən 10 m məsafədən güllə atıcılığı üzrə Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, kişi snayperlərin tüfənglə atəş açma yarışında təsnifat mərhələsi başa çatıb.
Azərbaycan millisinin 3 atıcısı da yarışa qatılıb. Lakin onlardan heç biri final mərhələsinə yüksəlməyib.
Ramiz Xəlilov 622,1 xalla 65-ci yeri tutub. Əliməmməd Hüseynov 605,0 xalla 82-ci, Üzeyir Tapdıqlı 600,7 xalla 84-cü olub.
Bu “üçlük” komanda yarışında 1827,8 xal yığıb. Millimiz çempionatda 18-ci yeri tutub.
Qeyd edək ki, yarışın final mərhələsi bu gün keçiriləcək.
İdman.biz