Yığmamız Avropa çempionatında 5-ci yeri tutub

Xəbərlər
11 Mart 2025 09:17
58
Yığmamız Avropa çempionatında 5-ci yeri tutub

Xorvatiyanın Osiyek şəhərində 10 m məsafədən güllə atıcılığı üzrə Avropa çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışın son günündə tapança ilə atəş açan qarışıq komandalar mübarizə aparıb.

Azərbaycanın iki dueti hədəf önünə keçib. Xanna Əliyeva və Ruslan Lunyov 572 xalla təsnifatda 5-ci yeri tutublar. Onları bürünc uğrunda matça vəsiqədən 1 xal ayırıb.

Zeynəb Sultanova ilə Elvin Astanovun yer aldığı komanda 566 xalla 18-ci olub.

Qeyd edək ki, yarışda 31 duet mübarizə aparıb.

İdman.biz