Snayperlər Bakı birinciliyində

Xəbərlər
14 Mart 2025 15:35
29
Snayperlər Bakı birinciliyində

Bu gün güllə atıcılığı üzrə Bakı birinciliyi start götürür.

İdman.biz xəbər verir ki, yarış Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.

Birincilik Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq. Yarışda müxtəlif yaş kateqoriyaları üzrə snayperlər güllə atıcılığının tapança və tüfəng növləri üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, birinciliyə martın 16-da yekun vurulacaq.

İdman.biz