Ruslan Lunyov dünya kubokunda 13-cü olub

Xəbərlər
3 Aprel 2025 17:53
53
Ruslan Lunyov dünya kubokunda 13-cü olub

Argentinanın paytaxtı Buenos-Ayresdə atıcılıq üzrə dünya kubokuna start verilib.

İdman.biz xəbər verir ki, 10 m məsafədən atəş açan kişi snayperlərin mübarizəsində təsnifat mərhələsi baş tutub.

Azərbaycan təmsilçisi Ruslan Lunyov da hədəf önünə keçib. O, 578 xalla 13-cü olub. Snayperimiz final mərhələsinə yüksələn “8-lik”dən kənar qalıb.

Qeyd edək ki, təsnifat mərhələsində 46 atıcı çıxış edib.

İdman.biz