Güllə atıcılığı üzrə Bakı kubokunun rəsmi yarışlarına start verilib

Xəbərlər
4 Aprel 2025 15:16
52
Güllə atıcılığı üzrə Bakı kubokunun rəsmi yarışlarına start verilib

Bu gün Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Bakı kubokunun rəsmi yarışlarına start verilib.

İdman.biz xəbər verir ki, turnir Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilir.

Yarışlarda ölkənin müxtəlif bölgələrindən olan və fərqli idman klublarını təmsil edən atıcılar pnevmatik tapança, tüfəng və kiçik çaplı tapançadan atəş üzrə həm fərdi, həm də qarışıq komanda şəklində mübarizə aparırlar.

İdman.biz

Məqalədə: