Buenos-Ayresdə 14-cü yer

Xəbərlər
9 Aprel 2025 10:44
51
Buenos-Ayresdə 14-cü yer

Atıcılıq üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan yarışda daha iki növ üzrə mübarizə başa çatıb.

Azərbaycanın iki snayperi də hədəf önünə keçib. Kişilərin 25 m məsafədən tapança ilə atəş açma yarışında təsnifat mərhələsinə 24 snayper qatılıb. 569 xalla 14-cü olan Ruslan Lunyov final mərhələsinə yüksələn “səkkizlik”dən uzaq qalıb.

Qadınların 10 m məsafədən tapança ilə atəş açma yarışına 41 iştirakçı qatılıb. Xanna Əliyeva 567 xalla 29-cu yeri tutub.

Qeyd edək ki, Dünya kubokuna aprelin 11-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: