Atıcılıq üzrə dünya kuboku davam edir.
İdman.biz xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən yarışda stend atıcıları trapda dəqiqliyini sınayıblar.
Azərbaycan snayperləri də hədəf önünə keçiblər. Kişilərin yarışında 51 atıcı mübarizə aparıb. Əlimirzə Quliyev 117 xalla 15-ci, Əli Hüseynli 111 xalla 31-ci yeri tutub.
35 qadın atıcı arasında 2 təmsilçimiz yer alıb. Ülviyyə Eyvazova 109 xalla 19-cu, Aydan Camalova 107 xalla 22-ci olub.
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.
İdman.biz