Atıcılarımız Dünya kubokunda 9-cu olub

Xəbərlər
11 Aprel 2025 09:10
42
Atıcılarımız Dünya kubokunda 9-cu olub

Atıcılıq üzrə dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, daha iki növdə yarışlar başa çatıb.

Qarışıq komandaların 10 m məsafədən tapança ilə atəş açma yarışında 10 komanda mübarizə aparıb. Ruslan Lunyov və Xanna Əliyevadan ibarət Azərbaycan yığması 559 xal toplayıb. Cütlük təsnifat mərhələsində 9-cu yeri tutub.

Qarışıq komandaların trap növündə iki yığmamız iştirak edib. Burada 18 komanda mübarizə aparıb. Əlimirzə Quliyev və Aydan Camalova 139 xalla 9-cu, Əli Hüseynli və Ülviyyə Eyvazova 135 xalla 14-cü olub.

Qeyd edək ki, dünya kubokuna bu gün yekun vurulacaq.

İdman.biz