Güllə atıcılığı üzrə Bakı kuboku davam edir.
İdman.biz xəbər verir ki, daha iki növdə qaliblər müəyyənləşib.
Pnevmatik tapança ilə 10 m məsafədən atəş açmada qadınların yarışında Leyli Əliyeva 1-ci, Həqiqət Atayeva 2-ci, Sofiya Barxalova 3-cü yeri tutub. Kişilərin eyni növdə mübarizəsində Vladislav Kalmıkov qalib adını qazanıb. Şükürağa Eyvazov 2-ci, Hacı Musayev 3-cü olub.
Qeyd edək ki, yarış Bakı Atıcılıq Mərkəzində keçirilir.
İdman.biz