Snayperlərimiz Dünya kubokunda

Xəbərlər
22 Aprel 2025 15:19
280
Snayperlərimiz Dünya kubokunda

Almaniyanın Sul şəhərində keçiriləcək atıcılıq üzrə gənclər arasında Dünya kubokunda iştirak edəcək Azərbaycan atıcıları müəyyənləşib.

İdman.biz xəbər verir ki, mayın 19-27-də baş tutacaq yarış üçün iki snayperimiz sifariş olunub.

Leyli Əliyeva və Vladislav Kalmıkov tapança ilə 10 m məsafədən atəş açmada mübarizə aparacaqlar. Onlar həm fərdi yarışa, həm də qarışıq komandaların mübarizəsinə qatılacaqlar.

Qeyd edək ki, yarışa 58 ölkədən 645 atıcı qatılacaq.

İdman.biz