Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə "Bakı Kuboku 2025" turniri keçirilir.
İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb.
Kişilər arasında səngər stendi üzrə keçirilən yarışın qalibləri bəlli olub. Tamerlan Məmmədov 1-ci, Mirmömin Ağazadə 2-ci, Əli Hüseynli isə 3-cü yeri tutub.
İdman.biz