Bakı kubokunda qaliblər bəlli olub - FOTO

Xəbərlər
28 Aprel 2025 09:21
207
Bakı kubokunda qaliblər bəlli olub - FOTO

Stend atıcılığı üzrə Bakı kubokunda daha iki dəst medal sahibini tapıb.

İdman.biz xəbər verir ki, qadınlar və qızlar səngər stendində ən yaxşıları müəyyənləşdiriblər.

Qızlar arasında yarışda Nərmin Cəfərova qalib olub. Aylin Quliyeva 2-ci, Nərmin Bədəlli 3-cü yeri tutub.

Qadınların mübarizəsində Ülviyyə Eyvazova hamını qabaqlayıb. Aydan Camalova 2-ci, Şəfəq Əmrahova 3-cü olub.

Qeyd edək ki, bunadək kişilər səngər stendi və dairəvi stenddə qalibləri müəyyənləşdiriblər.

İdman.biz