İyulun 26-da açılış mərasimi təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarının startına 35 gün qalıb.
İdman.biz 5 həftədən sonra cümə günü start götürəcək dördilliyin ən mötəbər multiidman yarışına həsr olunan silsilə yazıları davam etdirir.
Paris-2024-ə qədər olan müddətdə Azərbaycan idmançılarının müstəqillik illərində qatıldığı yay Olimpiadalarını xatırladıqdan, təmsilçilərimiz mükafat kolleksiyasını nəzərdən keçirdikdən sonra multiidman tədbirlərindəki iştiraka diqqət yetirəcəyik.
25 növdə iştirak
Azərbaycan idmançıları əvvəlki yeddi Olimpiadada 25 növdə mübarizə aparıblar. Bunlar arasında güləşin üç, gimnastika, kanoe, atıcılıq və velosiped idmanının iki növü var. Bu göstəricidə rekord Rio-2016-ya məxsusdur. Braziliyada 19 növdə təmsilçimiz çıxış edib. London-2012 və Tokio-2020-də bu rəqəm 17-yə bərabər olub. Ən aşağı göstərici 10 növdə qatıldığımız Sidney-2000-dir.
Güləşdə hegemonluq
Olimpiadalarda ən çox medal qazanan güləşçilərimiz iştirak sayında da böyük üstünlüyə malikdir. Yeddi multiidman tədbirindən beşində pəhləvanlarımızın sayı digər növlərdəkindən çox olub. Yalnız Afina-2004 və Tokio-2020 istisnadır. Sərbəst güləş və yunan-Roma güləşi yığmalarımız bütün Oyunlarda iştirak edib. Qadın millimiz isə son 5 yarışa qatılıb. Pekin-2008-də 16 güləşçimiz xalçaya çıxıb ki, bu da idman tariximizdə rekorddur. Ayrı-ayrı növlərə gəlincə, sərbəst güləş bütün Olimpiya Oyunlarında digər iki növü üstələyib.
Boks və cüdoda ənənələr
Güləş kimi boks və cüdoda da bütün Oyunlarda Azərbaycan yığması da iştirak edib. Afina-2004-də boksçular, Tokio-2020-də cüdoçular say baxımından güləşçiləri üstələməyi bacarıblar. Dəri əlcək ustaları Rio-2016-da 11 idmançı ilə təmsil olunmaqla öz rekorduna imza atıb. Tatamidə tarix yazanlar isə Tokio-2020-də 9 nəfərlə təmsil oluna bilib.
Biz də varıq
Güləş, boks və cüdodan başqa, daha üç növdə bütün Olimpiadalarda Azərbaycan yığması da iştirak edib. Bu növlər atletika, üzgüçülük və atıcılıqdır. İlk iki növdəki təmsilçilərimizin Oyunlara getməsi Pyer de Kubertenin “əsas iştirakdır” prinsipinə söykənib. Üzgüçülər çox vaxt buna “vild-card”la nail olub. Sidney-2000 və Afina-2004-də atıcılarımız medal qazansalar da, sonradan onlar da atletlər və üzgüçülər kimi sadəcə bizim yığmamızın da varlığını göstərmək üçün Olimpiadaya yollanıblar. Yeddi Olimpiadanın dördündə atıcılığın hər iki növündə Azərbaycan snayperi mübarizə aparıb. Ümumilikdə güllə atıcıları 6, stenddə yarışanlar 5 cəhd ediblər.
İnkişaf yolunda
Artıq gimnastika və taekvondo yarışlarını da Azərbaycansız təsəvvür etmək mümkün deyil. XXI əsrdə təşkil olunan bütün Olimpiadalarda millimiz də olub. İlk iki multiidman tədbirimizdən sonra qoyulan bu ənənə davam etməkdədir. Son üç yarışda şosse velosipedçilərimiz də onlara qoşulublar. Bunu gimnastikanın bizim üçün sonradan bərpa olunan növünə də şamil etmək olar. Söhbət idman gimnastikasından gedir. Triatlon isə son iki Olimpiadada bizsiz keçməyib. Əslində, qılıncoynatmanı da bu siyahıya salmaq olar. Son üç Oyunlarda muşketyorlarımız da olub. Əvvəllər də belə imkan qazanan təmsilçilərimiz fasilələrlə ümumilikdə 5 multiidman tədbirində çıxış ediblər.
Unudulanlar
Bəzi idman növlərində Olimpiadaya qatılmağımız isə artıq unudulmaq üzrədir. Ardıcıl 5 yarışa qatılan ağırlıqqaldıranlarımız dopinq qalmaqallarından sonra Oyunlara düşə bilmir. İlk iki Olimpiadada təmsil olunduğumuz suyatullanma və atçılıq da keçmişdə qalan vaxtların nişanəsidir.
Təsadüf və yeni başlanğıc
İdmançılarımız bəzi digər növlərdə də Olimpiadalarda iştirak edib. Bunlar bəzən təsadüf, bəzən digər səbəblərlə bağlı olub. Yalnız bir dəfə Olimpiya proqramına daxil edilən karateni bizsiz təsəvvür etmək mümkün deyil. Ölkəmizdə populyarlıqdan çox-çox uzaq olan badminton və oxatmadakı yeganə təmsilçiliyimizin son dövrlərə təsadüf edib. Hələ SSRİ dövründə ənənələrə malik kanoe və avarçəkmədə iki Oyunlara qatılan idmançılarımız Tokio-2020-dən kənar qalıblar. Kanoenin slalom növündə yalnız bir iştirak var. Eyni sözləri velosiped idmanının trek növü barədə də söyləmək olar. Bu iki növ ölkəmiz üçün populyar olmayanlar sırasındadır.
Komandasız
Olimpiadada təmsil olunduğumuz 25 növ arasında komanda yarışları yoxdur. Düzdür, həm voleybol, həm otüstü hokkeydə qadınlardan ibarət millilərimiz dəfələrlə belə şans əldə edib. Əvəzində bədii gimnastika yığmamız iki dəfə Olimpi fəth etməyə çalışıb. Avarçəkmə yarışlarında cütlüklər də start xəttinə çıxıb. Olimpiadalarda iştirakdan danışarkən bir məqam da qeyd olunmalıdır. Bəzən bir neçə növdə - trek velosipedi, güllə atıcılığı və kanoedə eyni idmançımız bir deyil, iki yarışda qüvvəsini sınamaq imkanı qazanıblar.
96 |
00 |
04 |
08 |
12 |
16 |
20 |
|
Kamandan oxatma |
- |
- |
- |
- |
- |
1 |
- |
Atletika |
4 |
4 |
4* |
2 |
3 |
4 |
2 |
Badminton |
- |
- |
- |
- |
- |
- |
1 |
Boks |
2 |
5 |
9 |
2 |
8 |
11 |
5 |
Kanoe sprint |
- |
- |
- |
- |
3 |
3 |
- |
Kanoe slalom |
- |
- |
- |
- |
- |
1 |
- |
Şosse velosipedi |
- |
- |
- |
- |
1 |
2 |
1 |
Trek velosipedi |
- |
- |
- |
- |
- |
1 |
- |
Suyatullanma |
1 |
1 |
- |
- |
- |
- |
- |
Atçılıq |
- |
- |
- |
1 |
1 |
- |
- |
Qılıncoynatma |
1 |
- |
1 |
- |
1 |
1 |
1 |
İdman gimnastikası |
- |
- |
- |
- |
1 |
2 |
2 |
Bədii gimnastika |
- |
- |
1 |
3** |
1 |
1 |
2** |
Cüdo |
2 |
4 |
3 |
6 |
8 |
6 |
9 |
Avarçəkmə |
- |
- |
- |
- |
2 |
2 |
- |
Karate |
- |
- |
- |
- |
- |
- |
3 |
Güllə atıcılığı |
1 |
1 |
1 |
- |
1 |
1 |
1 |
Stend atıcılığı |
1 |
1 |
1 |
1 |
- |
- |
1 |
Üzgüçülük |
1 |
2 |
2 |
2 |
2 |
2 |
2 |
Taekvondo |
- |
- |
2 |
1 |
2 |
4 |
2 |
Triatlon |
- |
- |
- |
- |
- |
1 |
1 |
Ağırlıqqaldırma |
2 |
4 |
5 |
5 |
6 |
- |
- |
Sərbəst güləş |
6 |
6 |
4* |
7 |
6 |
6 |
3 |
Qadın güləşi |
- |
- |
- |
3 |
2 |
3 |
2 |
Yunan-Roma güləşi |
2 |
3 |
3 |
6 |
5 |
5 |
2 |
İdmançı |
23 |
31 |
36 |
44 |
53 |
56 |
44 |
Kişi |
20 |
25 |
30 |
30 |
39 |
42 |
28 |
Qadın |
3 |
6 |
6 |
14 |
14 |
14 |
16 |
Növ |
9 |
8 |
10 |
10 |
14 |
14 |
13 |
Növ |
11 |
10 |
12 |
12 |
17 |
19 |
17 |
* - lisenziya qazanan idmançımız yarışa qatılmadığı üçün nəzərə alınmayıb.
** - bədii gimnastika millimiz 2008-də altı, 2020-də beş idmançı ilə yarışa qatılıb.
Vüqar Xeyrullayev
İdman.biz