İyulun 26-da açılış mərasimi təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarının startına 14 gün qalıb.
İdman.biz 2 həftədən sonra cümə günü start götürəcək dördilliyin ən mötəbər multiidman yarışına həsr olunan silsilə yazıları davam etdirir.
Öncə Paris-2024-ə qədər olan müddətdə Azərbaycan idmançılarının müstəqillik illərində qatıldığı yay Olimpiadalarını xatırladıq. Ardınca yığmamızın mükafat kolleksiyasını, iştirakını nəzərdən keçirdik, həmçinin bir neçə medal qazananların siyahısına baxdıqdan sonra dəfələrlə bu həyəcanı yaşayanlarla tanış olduq.
Bu dəfə Paris-2024-ə lisenziya qazanan 48 idmançımızın Azərbaycan bayrağı altındakı Olimpiya keçmişinə nəzər salaq. Həmçinin hansı idmançılarımızın Olimpiadaların debütantı olduğuna baxaq.
Badminton
Edi Reski Dviçayo (kişilər, fərdi)
Tokio-2020: Qrup mərhələsində 2-ci yer - 1 qələbə, 1 məğlubiyyət
Keişa Fatimə Zəhra (qadınlar, fərdi)
Debütant
Bədii gimnastika
Zöhrə Ağamirova
Tokio-2020: Təsnifat mərhələsində 18-ci yer
Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)
Tokio-2020: Təsnifat mərhələsində 10-cu yer (həmin vaxt heyətdə Güllü Ağalarzadə deyil, Nərminə Səmədova olub)
Batut gimnastikası
Selcan Maqsudova
Debütant
Sərbəst güləş
Əliabbas Rzazadə (57 kq)
Debütant
Hacı Əliyev (65 kq)
Rio-2016: 3-cü yer – 3 qələbə, 1 məğlubiyyət (həmin vaxt 57 kq)
Tokio-2020: 2-ci yer – 3 qələbə, 1 məğlubiyyət
Turan Bayramov (74 kq)
Tokio-2020: 8-ci yer – 1 qələbə, 1 məğlubiyyət
Osman Nurmaqomedov (86 kq)
Debütant
Maqomedxan Maqomedov (97 kq)
Debütant
Giorgi Meşvildişvili (125 kq)
Debütant
Yunan-Roma güləşi
Murad Məmmədov (60 kq)
Debütant
Həsrət Cəfərov (67 kq)
Debütant
Sənan Süleymanov (77 kq)
Debütant
Rafiq Hüseynov (87 kq)
Tokio-2020: 3-cü yer – 3 qələbə, 1 məğlubiyyət
Sabah Şəriəti (130 kq)
Rio-2016: 3-cü yer – 3 qələbə, 1 məğlubiyyət
Qadın güləşi
Mariya Stadnik (50 kq)
Pekin-2008: 3-cü yer – 2 qələbə, 1 məğlubiyyət (həmin vaxt 48 kq)
London-2012: 2-ci yer – 3 qələbə, 1 məğlubiyyət (həmin vaxt 48 kq)
Rio-2016: 2-ci yer – 3 qələbə, 1 məğlubiyyət (həmin vaxt 48 kq)
Tokio-2020: 3-cü yer – 3 qələbə, 1 məğlubiyyət
Atletika
Anna Skidan, çəkicatma
Rio-2016: Təsnifatda 13-cü yer – 70,09 m
Tokio-2020: Təsnifatda 16-cı yer – 69,57 m
Boks
Nicat Hüseynov (51 kq)
Debütant
Malik Həsənov (63,5 kq)
Debütant
Murad Allahverdiyev (80 kq)
Debütant
Alfonso Dominqes (92 kq)
Tokio-2020: 3-cü yer – 2 qələbə, 1 məğlubiyyət (həmin vaxt 81 kq)
Məhəmməd Abdullayev (+92 kq)
Tokio-2020: 1/8 finalda dayanıb – 1 qələbə, 1 məğlubiyyət (həmin vaxt +91 kq)
Taekvondo
Qaşım Maqomedov (58 kq)
Debütant
Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)
Rio-2016: Təsnifatda 15-ci yer – 577 (10 m)
Təsnifatda 15-ci yer – 575 (25 m)
Tokio-2020: Təsnifatda – 574 (10 m)
Təsnifatda 21-ci – 567 (25 m)
Basketbol
Qadın yığması, 3x3 növü
Debütant
Avarçəkmə
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)
Debütant
Triatlon
Rostislav Pevtsov
Rio-2016: 39-cu yer – 1:52.06
Tokio-2020: 41-ci yer – 1:50.46
Qılıncoynatma
Anna Başta, (sablya)
Tokio-2020: 1/8 finalda dayanıb – 1 qələbə, 1 məğlubiyyət
Kamandan oxatma
Yaylagül Ramazanova
Debütant
Üzgüçülük
Məryəm Şeyxəlizadəxangah
Tokio-2020: Təsnifatda 30-cu yer – 1.01,37 (100 m batterflyay)
Ramil Vəlizadə
Debütant
Cüdo
Balabəy Ağayev (kişilər, 60 kq)
Debütant
Yaşar Nəcəfov (kişilər, 66 kq)
Debütant
Hidayət Heydərov (kişilər, 73 kq)
Debütant
Zelim Tçkayev (kişilər, 81 kq)
Debütant
Elcan Hacıyev (kişilər, 90 kq)
Debütant
Zelim Kotsoyev (kişilər, 100 kq)
Tokio-2020: 1/8 finalda dayanıb – 1 qələbə, 1 məğlubiyyət
Uşanqi Kokauri (kişilər, +100 kq)
Rio-2016: 1/8 finalda dayanıb – 1 qələbə, 1 məğlubiyyət
Tokio-2020: 1/8 finalda dayanıb – 1 qələbə, 1 məğlubiyyət
Leyla Əliyeva (qadınlar, 48 kq)
Debütant
Gültac Məmmədəliyeva (qadınlar, 52 kq)
Debütant
Fransa paytaxtına vəsiqə qazanan 48 idmançıdan 28-i karyerasında ilk dəfə Azərbaycanı Olimpiadada təmsil edəcək. Digər 20 təmsilçimiz bu həyəcanı əvvəllər də yaşayıb.
Mariya Stadnik 5-ci, Hacı Əliyev, Uşanqi Kokauri, Ruslan Lunyov, Rostislav Pevtsov və Anna Skidan 3-cü dəfə ölkəmizi Olimpiadada təmsil edəcək. Düzdür, Skidan Ukrayna idmançısı kimi də Oyunlara qatılıb. Amma Azərbaycanı 3-cü dəfə təmsil edəcək.
Digər 14 təcrübəli idmançı isə 2-ci dəfə belə hüquqa yiyələnib. Onlardan 13-ü Tokioda, Sabah Şəriəti isə Rioda çıxış edib. Sonuncu 8 ildən sonra yarışa qatılacaq.
Vüqar Xeyrullayev
İdman.biz