İdman, biz və Olimpiada: Bizim gündəlik - TƏHLİL

Təhlil
19 İyul 2024 16:23
741
İdman, biz və Olimpiada: Bizim gündəlik - TƏHLİL

İyulun 26-da açılış mərasimi təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarının startına cəmi 7 gün qalıb.

İdman.biz gələn həftənin cümə günü start götürəcək dördilliyin ən mötəbər multiidman yarışına həsr olunan silsilə yazıları yekunlaşdırır.

Paris-2024-ə qədər olan müddətdə Azərbaycan idmançılarının müstəqillik illərində qatıldığı yay Olimpiadalarını xatırladıq. Ardınca yığmamızın mükafat kolleksiyasını, iştirakını nəzərdən keçirdik, həmçinin bir neçə medal qazananların siyahısına baxdıqdan sonra dəfələrlə bu həyəcanı yaşayanlarla tanış olduq.

Paris-2024-ə lisenziya qazanan 48 idmançımızın Azərbaycan bayrağı altındakı Olimpiya keçmişinə də nəzər saldıq. Bu gün olimpiyaçılarımızın gündəliyini vərəqləyəcəyik.

Badminton

Edi Reski Dviçayo (kişilər, fərdi)
27-31 iyul. Qrup mərhələsi
1 avqust. 1/8 final
2 avqust. 1/4 final
4 avqust. 1/2 final
5 avqust. 3-cü yer, final

Keişa Fatimə Zəhra (qadınlar, fərdi)
27-31 iyul. Qrup mərhələsi
1 avqust. 1/8 final
3 avqust. 1/4 final
4 avqust. 1/2 final
5 avqust. 3-cü yer, final

Bədii gimnastika

Zöhrə Ağamirova
8 avqust. Təsnifat mərhələsi
9 avqust. Final mərhələsi

Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)
9 avqust. Təsnifat mərhələsi
10 avqust. Final mərhələsi

Batut gimnastikası

Selcan Maqsudova
2 avqust

Sərbəst güləş

Əliabbas Rzazadə (57 kq)
8 avqust. 1/8, 1/4, 1/2 final
9 avqust. Təsəlliverici və medal görüşləri

Hacı Əliyev (65 kq)
10 avqust. 1/8, 1/4, 1/2 final
11 avqust. Təsəlliverici və medal görüşləri

Turan Bayramov (74 kq)
9 avqust. 1/8, 1/4, 1/2 final
10 avqust. Təsəlliverici və medal görüşləri

Osman Nurmaqomedov (86 kq)
8 avqust. 1/8, 1/4, 1/2 final
9 avqust. Təsəlliverici və medal görüşləri

Maqomedxan Maqomedov (97 kq)
10 avqust. 1/8, 1/4, 1/2 final
11 avqust. Təsəlliverici və medal görüşləri

Giorgi Meşvildişvili (125 kq)
9 avqust. 1/8, 1/4, 1/2 final
10 avqust. Təsəlliverici və medal görüşləri

Yunan-Roma güləşi

Murad Məmmədov (60 kq)
5 avqust. 1/8, 1/4, 1/2 final
6 avqust. Təsəlliverici və medal görüşləri

Həsrət Cəfərov (67 kq)
7 avqust. 1/8, 1/4, 1/2 final
8 avqust. Təsəlliverici və medal görüşləri

Sənan Süleymanov (77 kq)
6 avqust. 1/8, 1/4, 1/2 final
7 avqust. Təsəlliverici və medal görüşləri

Rafiq Hüseynov (87 kq)
7 avqust. 1/8, 1/4, 1/2 final
8 avqust. Təsəlliverici və medal görüşləri

Sabah Şəriəti (130 kq)
5 avqust. 1/8, 1/4, 1/2 final
6 avqust. Təsəlliverici və medal görüşləri

Qadın güləşi

Mariya Stadnik (50 kq)
6 avqust. 1/8, 1/4, 1/2 final
7 avqust. Təsəlliverici və medal görüşləri

Atletika

Anna Skidan, çəkicatma
4 avqust. Təsnifat mərhələsi
6 avqust. Final mərhələsi

Boks

Nicat Hüseynov (51 kq)
30 iyul. 1/8 final
2 avqust. 1/4 final
4 avqust. 1/2 final
8 avqust. Final

Malik Həsənov (63,5 kq)
27 iyul. 1/16 final
29 iyul. 1/8 final
1 avqust. 1/4 final
4 avqust. 1/2 final
7 avqust. Final

Murad Allahverdiyev (80 kq)
27 iyul. 1/16 final
30 iyul. 1/8 final
2 avqust. 1/4 final
4 avqust. 1/2 final
7 avqust. Final

Alfonso Dominqes (92 kq)
28 iyul. 1/8 final
1 avqust. 1/4 final
4 avqust. 1/2 final
9 avqust. Final

Məhəmməd Abdullayev (+92 kq)
29 iyul. 1/8 final
2 avqust. 1/4 final
7 avqust. 1/2 final
10 avqust. Final

Taekvondo

Qaşım Maqomedov (58 kq)
7 avqust

Atıcılıq

Ruslan Lunyov (10 m, pnevmatik tapança)
27 iyul. Təsnifat mərhələsi
28 iyul. Final mərhələsi

Ruslan Lunyov (25 m, pnevmatik tapança)
4 avqust. Təsnifat mərhələsi
5 avqust. Final mərhələsi

Basketbol

Qadın yığması, 3x3 növü (Mersedes Uolker, Aleksandra Mollenhauer, Dina Ulyanova, Tifani Hayes)
30 iyul. Azərbaycan - İspaniya
31 iyul. ABŞ - Azərbaycan
1 avqust. Azərbaycan - Fransa
1 avqust. Almaniya - Azərbaycan
2 avqust. Azərbaycan - Avstraliya
2 avqust. Azərbaycan - Çin
3 avqust. Kanada – Azərbaycan
3 avqust. Pley-off
5 avqust. 1/2 final, 3-cü yer, final

Avarçəkmə

Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)
27 iyul. Təsnifat mərhələsi
28 iyul. Təsəlliverici mərhələ
29 iyil-1 avqust. 1/4 və 1/2 final mərhələri
2-3 avqust. Final

Triatlon

Rostislav Pevtsov
30 iyul

Qılıncoynatma

Anna Başta, (sablya)
29 iyul

Kamandan oxatma

Yaylagül Ramazanova
25 iyul. Sıralama mərhələsi
30 iyul - 1 avqust. 1/32, 1/16 mərhələləri
3 iyul. 1/8, 1/4, 1/2 mərhələləri, 3-cü yer, final

Üzgüçülük

Məryəm Şeyxəlizadəxangah (qadınlar, 50 m, sərbəst)
3 avqust. Təsnifat mərhələsi və 1/2 final
4 avqust. Final

Ramil Vəlizadə (kişilər, 200 m, batterflyay)
30 iyul. Təsnifat mərhələsi və 1/2 final
31 iyul. Final

Cüdo

Balabəy Ağayev (kişilər, 60 kq)
27 iyul

Yaşar Nəcəfov (kişilər, 66 kq)
28 iyul

Hidayət Heydərov (kişilər, 73 kq)
29 iyul

Zelim Tçkayev (kişilər, 81 kq)
30 iyul

Elcan Hacıyev (kişilər, 90 kq)
31 iyul

Zelim Kotsoyev (kişilər, 100 kq)
1 avqust

Uşanqi Kokauri (kişilər, +100 kq)
2 avqust

Leyla Əliyeva (qadınlar, 48 kq)
27 iyul

Gültac Məmmədəliyeva (qadınlar, 52 kq)
28 iyul

Vüqar Xeyrullayev
İdman.biz