Beynəlxalq Olimpiya Komitəsinin prezidenti necə seçiləcək, kimlər namizəddir?

Xəbərlər
4 Dekabr 2024 09:20
71
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti necə seçiləcək, kimlər namizəddir?

Beynəlxalq Olimpiya Komitəsi (BOK) prezidentinin seçkiləri ilə bağlı səsvermə prosedurunun təfərrüatları məlum olub.

İdman.biz xəbər verir ki, bunu BOK-un mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, səsvermə 2025-ci il martın 18-dən 21-ə kimi Yunanıstanda keçiriləcək BOK-un 144-cü sessiyası çərçivəsində olacaq. Seçimlər qapalı keçiriləcək və səsvermə mərhələləri namizədin mütləq səs çoxluğunu toplayana qədər davam edəcək. Hər turda ən az səs toplayan namizəd mübarizədən kənarlaşdırılacaq və növbəti mərhələdə iştirak etməyəcək. BOK-un yeni prezidentinin səlahiyyət müddəti 2025-ci il iyunun 24-də başlayacaq və bu vaxta qədər hazırkı rəhbər Tomas Bax prezident səlahiyyətlərini icra edəcək.

BOK rəhbəri vəzifəsinə 7 namizəd var: Faisal bin Hussein (İordaniya), Sebastyan Koe (Böyük Britaniya), Kirsti Koventri (Zimbabve), oğul Xuan Antonio Samaranç (İspaniya), Yohan Elias (İsveç), David Lappartien (Fransa) və Morinari Vatanabe (Yaponiya). BOK-un hazırkı prezidenti Tomas Bax yeni müddətə seçkidə iştirak etməyəcək.

İdman.biz