BOK-un prezidenti Tomas Bax istefa verib

Xəbərlər
26 Fevral 2025 22:34
58
BOK-un prezidenti Tomas Bax istefa verib

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax vəzifəsini tərk edib.

İdman.biz xəbər verir ki, qurrumun mətbuat xidməti onun istefa verdiyini açıqlayıb.

Baxın istefası BOK-un İcraiyyə Şurası tərəfindən qəbul edilib. Qərar iyunun 23-dən, Tomas Bax öz səlahiyyətlərini yeni prezidentə təhvil verdikdən sonra qüvvəyə minəcək. Monreal-1976 Olimpiadasının qılıncoynatma yarışlarının çempionu 2013-cü ildən BOK-a rəhbərlik edib.

Qeyd edək ki, təşkilata prezident seçkiləri martın 18-21-də Afinada keçiriləcək konqresdə baş tutacaq.

İdman.biz