Tomas Bax BOK-un fəxri prezidenti olacaq

Xəbərlər
19 Mart 2025 22:34
53
Tomas Bax BOK-un fəxri prezidenti olacaq

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax səlahiyyətləri başa çatdıqdan sonra qurumun fəxri prezidenti olacaq.

İdman.biz xəbər verir ki, bu barədə BOK-un Yunanıstan keçirilən 144-cü sessiyasında qərar qəbul olunub.

2013-cü ildə təşkilatın prezidenti seçilən almaniyalı veteran idmançının səlahiyyət müddəti iyunun 24-də başa çatacaq.

Qeyd edək ki, BOK rəhbəri vəzifəsinə 7 namizəd var: Faisal bin Hussein (İordaniya), Sebastyan Koe (Böyük Britaniya), Kirsti Koventri (Zimbabve), oğul Xuan Antonio Samaranç (İspaniya), Yohan Elias (İsveç), David Lappartien (Fransa) və Morinari Vatanabe (Yaponiya). Qurumun 10-cu prezidenti sabah seçiləcək.

İdman.biz