Berlin İstanbula rəqib olacaq

Xəbərlər
26 Mart 2025 22:45
57
Berlin İstanbula rəqib olacaq

Berlin 2036-cı və 2040-cı illərdə keçiriləcək Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürəcək.

İdman.biz xəbər verir ki, be barədə Almaniya Sosial Demokratlar Partiyasının senatoru İriş Şpranger deyib.

O, Berlinin federal bölgələr - Brandenburq, Saksoniya, Meklenburq-Qərbi Pomeraniya bə Şlezviq-Holşteynlə birlikdə yarışlara evsahibliyi etmək istədiyini açıqlayıb. Senator müraciətin yalnız paytaxt yox, ümummuilli olacağını bildirib.

Almaniya Milli Olimpya Komitəsi yarışları keçirmək istəyən şəhərlərin ərizəsini mayın 31-dək qəbul edəcək. Bu ilin sentyabrından isə layihənin dəyərləndirilməsinə start veriləcək və gələn ilin iyununda Almaniyanın namizədliyi təqdim olunacaq.

Qeyd edək ki, Olimpiada-2036-ya namizədlər arasında İstanbul (Türkiyə), Santyaqo (Çili), Nusantara (İndoneziya) və Hindistan var.

İdman.biz