XXV Qış Olimpiya Oyunlarının məşəli təqdim olunub

Xəbərlər
14 Aprel 2025 18:19
48
XXV Qış Olimpiya Oyunlarının məşəli təqdim olunub

2026-cı ildə İtaliyada keçiriləcək XXV Qış Olimpiya və Paralimpiya Oyunlarının məşəli təqdim olunub.

İdman.biz xəbər verir ki, Milan və Kortina-d Ampetsonun ev sahibliyi edəcək turnirin simvolu Milanda keçirilən rəsmi mərasimdə nümayş edilib.

Məşəl xüsus materialdan hazırlanıb və konstruksiyası onun yanacaq balonunu 10 dəfəyə kimi doldurmaq imkanı verir. Olimpiya məşəli alüminium-latun ərintisindən hazırlanıb və mavi-yaşıl rəngə malikdir.

Qeyd edək ki, Qış Olimpiya və Paraimpiya Oyunları gələn il fevralın 6-22-də təşkil olunacaq.

İdman.biz