Londonun Olimpiya Oyunları arzusu - merdən açıqlama

Xəbərlər
28 Aprel 2025 19:24
178
Londonun Olimpiya Oyunları arzusu - merdən açıqlama

London 2040-cı il Yay Olimpiya Oyunlarını təşkil etmək variantını nəzərdən keçirir.

İdman.biz xəbər verir ki, bu barədə Böyük Britaniya paytaxtının meri Sadik Xan açıqlamasında deyib.

Mer Londonun 4-cü dəfə Olimpiadaya evsahibliyi etməsinin tərəfdarı olduğunu bildirib: "Mən idmanı sevən biriyəm. Biz idmanın iqtisadi tərəflərini qiymətləndirib hesabat hazırlamalıyıq. Həmişə Londonun dünyanın idman paytatı etmək arzum olub. Boks, NFL, beysbol - NBA ilə oyunların Londonda keçirilməsini müzakirə edirik. Bunu vacib amil hesab edirəm. Londonun Yay Olimpiya Oyunlarını 4-cü dəfə təşkil edəcək ilk şəhər olmasını arzulayıram".

Qeyd edək ki, Britaniya paytaxtı 1908, 1948 və 2012-ci illərdə Olimpidaların ev sahibi olub.

İdman.biz