Müstəqil Dövlətlər Birliyinin bayrağı 2025-ci ildə Azərbaycanda keçiriləcək Oyunların təşkilat komitəsinə təntənəli şəkildə təhvil verilib.
İdman.biz xəbər verir ki, MDB-nin baş katibi Sergey Lebedev MDB ölkələrinin II Oyunlarını qapalı elan edib.
Oyunların rəsmi bayrağının təhvil verilməsi mərasimində Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iştirak ediblər.
Sergey Lebedev çıxışı zamanı qeyd edib ki, istənilən sanksiya maneələrinə baxmayaraq, on gün ərzində Belarusda idman, sülh və dostluq hökm sürüb: "MDB ölkələrinin ikinci Oyunlarında iştirak etmək üçün Belarusa təkcə Birlikdən olan dostlarımız deyil, 13 uzaq xarici ölkədən idmançılar gəlib".
İdman.biz