"MDB Oyunlarında hakim idarəçiliyi bərbad idi"

Xəbərlər
14 Avqust 2023 17:59
127
"MDB Oyunlarında hakim idarəçiliyi bərbad idi"

"Yarış yüksək səviyyədə təşkil olunsa da, hakimlik çox aşağı idi. Heç vaxt ədalət təmsilçilərindən şikayətlənmirəm. Amma bu dəfə idarəçilik bərbad idi".

İdman.biz-in məlumatına görə, bunları Belarusun paytaxtı Minskdə keçirilmiş II MDB Oyunlarında 9 medal qazanmış muay-tay üzrə Azərbaycan milli komandasının baş məşqçisi Azər Həsənsoy Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, məhz hakimlərin kobud səhvi ucbatından 2 idmançı finalda uduzub: "Bizim üçün gözlənilməz oldu. Çünki komandamıza inanırdıq və Vətənə bir neçə qızıl medalla dönəcəyimizi gözləyirdik. Təəssüf ki, alınmadı. Amma yenə də nəticə yüksəkdir. 11 idmançımızdan 9-u medal qazandı".

İdman.biz