"Birbaşa Bakı" finalda

Xəbərlər
8 Sentyabr 2024 13:04
591
"Birbaşa Bakı" finalda

Minifutbol üzrə Çempionlar Liqasında Azərbaycan təmsilçisi finala yüksəlib.

İdman.biz xəbər verir ki, "Birbaşa Bakı" yarımfinalda "Andezit" (Ukrayna) ilə qarşılaşıb.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Qalib penalti seriyasında müəyyənləşib. Daha dəqiq olan "Birbaşa Bakı" 4:3 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb.

Təmsilçimiz finalda "BKMK Brno" (Çexiya) ilə qarşılaşacaq. Oyun sabah saat 19:00-da start götürəcək.

Minifutbol: Çempionlar Liqası

Yarımfinal
8 sentyabr

12:00. “Birbaşa Bakı” – "Andezit" (Ukrayna) - 1:1, pen. 4:3

Qeyd edək ki, "Birbaşa Bakı" 1/8 finalda turnirdə ölkəmizi təmsilçisi "AzNur"u (1:0), 1/4 finalda isə “Nova Vita Tarqu”nu (Rumıniya) (2:0) mübarizədən kənarlaşdırıb.

İdman.biz