"Barselona"nın futbolçusu 1 il oynamayacaq

Xəbərlər
9 Sentyabr 2024 21:39
340
"Barselona"nın futbolçusu 1 il oynamayacaq

"Barselona"nın gənc futbolçusu Mark Bernal 1 ilə yaxın yaşıl sahələrdən uzaqda qalacaq.

İdman.biz xəbər verir ki, bu barədə Kataloniya klubu açıqlama yayıb.

17 yaşlı yarımmüdafiəçi sol dizindən əməliyyat olunub. Avqustun 27-də "Rayo Valekano" ilə matçda zədələnən Bernala xaçvari bağların və meniskin zədələnməsi diaqnozu qoyulub.

Qeyd edək ki, Mark mövsümün ilk 3 matçında "Barselona"nın heyətində meydana çıxıb. Onun komanda ilə 2026-cı ilin yayına kimi müqaviləsi var.

İdman.biz