Üzgüçülük Federasiyasında yeni vitse-prezident

Xəbərlər
14 May 2024 11:50
167
Üzgüçülük Federasiyasında yeni vitse-prezident

Bu gün Azərbaycan Üzgüçülük Federasiyasında (AÜF) İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.

Federasiyadan İdman.bizə verilən məlumata görə, toplantıda qurumun 2024-cü ildə fəaliyyət planı, keçirilən yarışlar, qarşıda nəzərdə tutulan yerli və beynəlxalq turnirlərdə idmançılarımızın iştirakı müzakirə olunub.

Gündəliyə əsasən, federasiyaya yeni vitse-prezident seçkiləri də baş tutub. AÜF prezidenti Xanlar Fətiyev bu vəzifəyə Tamerlan Abdullazadənin namizədliyini irəli sürüb və o, yekdilliklə səs toplayıb.

Yeni vitse-prezident bu təyinatadək federasiyanın baş katibinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Abdullazadə 1991-ci ildə Gəncə şəhərində anadan olub.

İdman.biz

Məqalədə: