Mustafa Abitoğlu: “Azərbaycanda olmaq möhtəşəm bir hissdir”

Müsahibə
2 İyun 2024 16:41
460
Mustafa Abitoğlu: “Azərbaycanda olmaq möhtəşəm bir hissdir”

“Keçirdiyim hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm”.

İdman.biz xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Su İdmanları Federasiyasının prezidenti Mustafa Abitoğlu deyib.

O, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsini dəyərləndirib. Abitoğlunun sözlərinə görə, Azərbaycana gələn andan xüsusi diqqətlə əhatə olunublar: “Bunun üçün çox sevinciliyik. Mən dövlətimizin və xalqımızın sevgililərini bura gətirdim. İnanılmaz həyəcanlıyıq. Azərbaycanda olmaq möhtəşəm bir hissdir. Şimali Kiprdən yeni tarix yazmağa gəldiyimizi demişdim. Buna birlikdə başladıq”.

Qeyd edək ki, final mərhələsin Azərbaycan, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Respublikası idmançıları 15 yaş kateqoriyasında yarışacaqlar.

Banuçiçək Hüseynli
İdman.biz