Final mərhələsinin iştirakçıları Bakının görməli yerlərində - FOTO

Xəbərlər
5 İyun 2024 09:58
125
Final mərhələsinin iştirakçıları Bakının görməli yerlərində - FOTO

Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında keçirilən “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, iki gün davam edən yarış çərçivəsində ölkəmizdə səfərdə olan idmançılar üçün paytaxtımızın müxtəlif yerlərinə maraqlı turlar təşkil olunub.

Qonaqlar Heydər Əliyev Mərkəzini, İçərişəhəri, Qız Qalasını, Hərbi Qənimətlər Parkını və şəhərimizin bir sıra tarixi abidələrini ziyarət ediblər.

İdman.biz