Azərbaycan millisi Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında daha 2 medal qazanıb.
İdman.biz xəbər verir ki, üzgüçümüz Süleyman İsmayılzadə 2 dəfə fəxri kürsüyə yüksəlib.
O, 1500 m məsafədə sərbəst üsulla gümüş, 200 m məsafəyə batterflay üsulla bürünc medal qazanıb.
Bununla da Azərbaycan millisinin aktivindəki mükafat sayı 7-yə yüksəlib. Daha öncə idmançılarımız 1 qızıl, 1 gümüş və 3 bürünc medala yiyələnib.
İdman.biz