"Asiya uşaqları"nda üzçüçülərimizdən 2 medal - FOTO

Xəbərlər
29 İyun 2024 09:53
164
"Asiya uşaqları"nda üzçüçülərimizdən 2 medal - FOTO

Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında Azərbaycan millisi daha 2 medal qazanıb.

İdman.biz xəbər verir ki, üzgüçülərimizdən Süleyman İsmayılzadə 200 m məsafədə sərbəst üsulla gümüş mükafata yiyələnib.

Oqtay Hüseynov isə 400 m məsafədə qarışıq üsulla bürünc medal qazanıb.

Bununla da yığmamız ümumi hesabda aktivindəki mükafat sayını 11-ə yüksəldib. Daha öncə idmançılarımız 2 qızıl, 2 gümüş və 5 bürünc medala yiyələnib.

İdman.biz

Məqalədə: