Mingəçevir şəhərində keçirilən "Kürü keçək?!" adlı açıq suda üzmə yarışının mükafatlandırılma mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov, Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolar, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Maqsud Fərzullayev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev və “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyev təqdim ediblər.
Kür çayının iki sahili arasında 300 metr məsafədə gerçəkləşən turnirə ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı 500-dək nəfər qatılıb. Yarışın keçirilməsində əsas məqsəd su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsidir.
“Kürü keçək?!” açıq suda üzmə yarışının qalibləri aşağıdakılardır:
13-17 yaş (qızlar)
1. Xasyanova Vlastilina
2. Zəhra Cavadzadə
3. Xumar Mustafayeva
13-17 yaş (oğlanlar)
1. Oqtay Hüseynov
2. Timur Beker
3. Əli Rzazadə
18-23 yaş (qızlar)
1. Fatimə Alkərəmova
2. Leyla Abduləzizova
3. Milanə Xəlilova
18-23 yaş (oğlanlar)
1. Yuriy Pribok
2. Vəkil Vəkilov
3. Kənan Qurbanlı
24-35 yaş (qızlar)
1. Tuqu Əbdül-zadə
2. Gültəkin Kərimova
3. Nazpəri Məmmədzadə
24-35 yaş (oğlanlar)
1. Cəfər Məmmədov
2. Roman Vladika
3. Hüseyn İsmayılov
36-55 yaş (qadınlar)
1. Yana Xasyanova
2. Yama Əmcədi
3. Rəbiyyə Orucova
36-55 (kişilər)
1. Denis Novotorjin
2. Ramil Məmmədov
3. Qbad Məmmədov
56-70 yaş (qadınlar)
Alyona Dımçenko
56-70 (kişilər)
1. Pyotr Kuvşınov
2. Azər Babayev
3. Nazim Məmmədov
71-dən yaşdan yuxarı (qadınlar)
Yekaterina Xasyanova
71-dən yaşdan yuxarı (kişilər)
Vaqif Nəsibov
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
***
13:49
Mingəçevir şəhərində “Kürü keçək?!” açıq suda üzmə yarışına start verilib.
İdman.biz xəbər verir ki, Kür çayında təşkil olunan yarışda Gənclər və İdman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə, federasiya rəsmiləri və media nümayəndələri iştirak edirlər.
300 metr məsafəyədək peşəkar və həvəskarlar arasında keçirilən yarışda 500 nəfər iştirakçı mübarizə aparır. İştirakçılarına dəstək məqsədi ilə gənclər və idman naziri Fərid Qayıbovda üzənlər arasındadır.
Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) təşkil olunub.
***
09:02
Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə bu gün növbəti dəfə açıq suda kütləvi üzmə yarışı keçiriləcək.
İdman.biz xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində baş tutacaq.
Peşəkarlar və həvəskarlar arasında 300 metr məsafəyə keçiriləcək yarışda bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Qaliblər müvafiq diplom, medal və hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) təşkil edilmişdi.
Banuçiçək Hüseynli
İdman.biz