Fərid Qayıbov: “Sevindiricidir ki, iştirakçıların sayı ildən-ilə artır”

Xəbərlər
31 Avqust 2024 16:15
464
Fərid Qayıbov: “Sevindiricidir ki, iştirakçıların sayı ildən-ilə artır”

“Kürü keçək” yarış artıq ənənəvi hal alıb”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Mingəçevir şəhərində təşkil olunan “Kürü keçək?!” yarışının mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bu tədbirin artıq üçüncü dəfədir ki, reallaşdığını bildirib: “Bu yarış ilk dəfə Bakıda Xəzər dənizində baş tutub. Sevindirici hal odur ki, iştirakçıların sayı ildən-ilə artır. Hətta ötən ilə nisbətən yarışda mübarizə aparanların sayı 2 dəfə çox artıb. Bizim hesablama şirkətindəki çiplər artıq iştirakçı sayının çoxluğundan saymağı çatdırmırdı. Düşünürük ki, gələn il çiplərin sayınıda artıraq”.

Onun sözlərinə görə, xarici ölkələrdən də bu yarışa iştirakçı cəlb etmək üçün müəyyən planları var: “Bu barədə Türk Dövlətlər Təşkilatı ilə də danışıqlar aparırıq. Bir layihədə təklif etmişik və həyata keçib. Bizim üzgüçülüklə bağlı digər tədbirlərimiz var. Bu “Birlikdə üzək” layihəsidir ki, artıq iki dəfə təşkil etmişik. Layihəmizdə müxtəlif yaş qruplarından olan insanlar ölkəmizdə fəaliyyət göstərən bütün Olimpiya Komplekslərinin hovuzlarda eyni anda yarışa başlayırlar. Hər şeydən əlavə təşkilat komitəsinə, Azərbaycan Üzgüçülük Federasiyasına, Bakı Şəhər Halqasına təşəkkürlərimi bildirirəm ki, bu cür tədbiri həyata keçirdiblər”.

Qeyd edək ki, “Kürü keçək?!” adlı açıq suda üzmə yarışına 500 iştirakçı qatılıb.

Banuçiçək Hüseynli
İdman.biz