Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Xəbərlər
6 Sentyabr 2024 17:37
408
Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Su polosu üzrə Azərbaycan millisinin yeni baş məşqçisi təyin olunub.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından bildirilib.

Bu vəzifəyə yunanıstanlı mütəxəssis Panayotis Xronopulos gətirilib. O, bu postda Azər Babayevi əvəzləyib.

Qeyd edək ki, yunan çalışdırıcı daha əvvəl ölkəsinin aşağı yaş qruplarında, bir sıra yerli klublarda, eləcə də Sinqapurda çalışıb.

İdman.biz

Məqalədə: