Tamerlan Abdullazadə: “Su polosu üzrə milli komandanı yenidən yaradacağıq”

Xəbərlər
7 Sentyabr 2024 12:50
125
Tamerlan Abdullazadə: “Su polosu üzrə milli komandanı yenidən yaradacağıq”

“Su polosu üzrə Azərbaycanda turnir təşkil olunacaq”.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullzadə deyib.

O bildirib ki, su polosu üzrə milli komanda faliyyət göstərir: “Bu idman növü üzrə 8 klubumuz var. Onların arasında “Qarabağ” klubu xüsusilə fərqlənir. Yaxın zamanda turnir təşkil edəcəyik. Bunu keçirməkdə əsas məqsəd su polosu üzrə millini yenidən qurmaqdır. Milli sadəcə, bir yaş kateqoriyasını əhatə etməyəcək. 4 yaş kateqoriyası üzrə idmançıları seçəciyik”.

Banuçiçək Hüseynli
İdman.biz