Azərbaycanlı paraüzgüçü Əli Vəliyev Gimnaziadada gümüş medal qazanıb.
İdman.biz xəbər verir ki, o, Bəhreynin paytaxtı Manama şəhərində keçirilən yarışda 200 metr məsafəyə sərbəst üsulla üzmədə qüvvəsini sınayıb.
Əli 644 xal toplayaraq, fəxri kürsüdə yer alıb.
Qeyd edək ki, Vəliyev açılış mərasimində Azərbaycan yığmasının bayraqdarı olub.
İdman.biz