“Qazandığımız nailiyyət bu idman növündə milli rekordlardır”
Bunu İdman.biz-ə Azərbaycanın sualtı üzgüçüsü Namiq Əhmədzadə deyib.
İdmançı Moldovanın paytaxtı Kişineuda keçirilən beynəlxalq yarışda uğurlarını şərh edib. O bildirib ki, turnirdə dörd idmançı ilə təmsil olunan Azərbaycan sualtı üzgüçüləri 3 medal qazanıb və ölkə rekordları müəyyənləşdirib: “Biz müxtəlif illərdə dünyanın fərqli ölkələrində keçirilən yarışlarda Azərbaycanı təmsil etmişik. Moldovada təşkil olunan turnirə mənlə yanaşı, Denis Novatorjin, Nailə Novotorjina və Fariz Müslümov qatılmışdı. Denis həm də bizim məşqçimizdir. Yarışa onunla bərabər qoşulduq və çox yaxşı nəticələr əldə etdik. Qazandığımız nailiyyət bu idman növündə milli rekordlardır. Həmçinin biz turniri üç medalla başa vurduq”.
Aytac Sahəd
İdman.biz