Azərbaycan üzgüçülük yığması Estoniyanın Tartu şəhərində keçiriləcək Açıq Estoniya Qış çempionatında iştirak edəcək.
İdman.biz xəbər verir ki, komandamız yarışda 15 idmançı ilə təmsil olunacaq.
Yığmanın heyətində Ramil Vəlizadə (50, 100, 200 m məsafəyə "butterfly", 200 m məsafəyə qarışıq), Fatimə Alkərimova (50, 100, 200 m məsafəyə sərbəst üsul, 50 m məsafəyə brass, 200 m məsafəyə qarışıq), Rəşad Alquliyev (50,100 m məsafəyə arxası üstə, 200 m məsafəyə qarışıq üsul ) Əbdürrəhman Rüstəmov (50, 100 m məsafəyə sərbəst, 50,100 m məsafəyə "butterfly"), Səid Həmidov (50, 100 m məsafəyə sərbəst, 200 m məsafəyə qarışıq, 50 m məsafəyə "butterfly"), Orxan Əliyev (50,100 m məsafəyə sərbəst üsul, 50 m məsafəyə "butterfly"), Tima Beyker (50, 100 m məsafəyə brass, 50, 100 m məsafəyə sərbəst), Anastasiya Babarıkina (50, 100, 200 m məsafəyə brass), Oqtay Hüseynov (200 m məsafəyə "butterfly", 400 m məsafəyə qarışıq, 400, 1500 m məsafəyə sərbəst), Süleyman İsmayılzadə (200, 400 və 1500 m məsafəyə sərbəst), Vlastilina Xasyanova (50,100 və 200 m məsafəyə sərbəst), Fərhad Şirməmmədli (50, 100, 200 m məsafəyə sərbəst, 200 m məsafəyə qarışıq), Mehri Əbdürrəhmanlı (50, 100,200 m məsafəyə "butterfly", 50 m məsafəyə sərbəst, 50 m məsafəyə arxası üstə), Amin Oruclu ( 400, 1500 m məsafəyə sərbəst, 50 m məsafəyə "butterfly", 50 m məsafəyə qarışıq) və Məryəm Cavadova (50, 100 200 m məsafəyə sərbəst, 50 m məsafəyə "butterfly") medal qazanmağa çalışacaqlar.
Qeyd edək ki, Azərbaycan millisinin üzgüçüləri dekabrın 20-22-də start xəttinə çıxacaqlar.
İdman.biz