Daniel Viffen hovuzda medallarla zəngin bir mövsümdən sonra BBC tərəfindən Şimali İrlandiyanın 2024-cü ildə ən yaxşı idmançısı seçilib.
İdman.biz xəbər verir ki, 23 yaşlı üzgüçü Yay Paris Olimpiadasında 800 metr məsafəyə sərbəst üsulla üzməkdə qızıl, 1500 metr məsafəyə sərbəst üsulla üzməkdə isə bürünc medal qazanıb.
Maraqlıdır ki, o, Fransada İrlandiya Respublikasını təmsil edib.
Qeyd edək ki, Viffen daha əvvəl Dohada keçirilən su idman növləri üzrə dünya çempionatında da iki çempionluq yaşayıb.
İdman.biz