Azərbaycan üzgüçüləri beynəlxalq yarışdan 22 medalla qayıdıblar - FOTO

Xəbərlər
25 Dekabr 2024 10:16
52
Azərbaycan üzgüçüləri beynəlxalq yarışdan 22 medalla qayıdıblar - FOTO

Azərbaycan üzgüçüləri 2024-cü ili uğurla başa vurublar.

İdman.biz xəbər verir ki, idmançılarımız dekabrın 20-22-də Estoniyanın Tartu şəhərində keçirilən Açıq Estoniya Qış çempionatında yüksək nəticələr əldə ediblər.

15 idmançı ilə beynəlxalq turnirə qatılan millimiz ümumilikdə 22 medal qazanıb.

Milli komandamızın üzvləri vətənə 7 qızıl, 13 gümüş, 2 bürünc medalla dönüblər.

Üzgüçülərimizdən Süleyman İsmayılzadə - 3 qızıl, 2 gümüş, Oqtay Hüseynov 2 qızıl, 2 gümüş, Ramil Vəlizadə 1 qızıl, 2 gümüş, 1 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl, 1 gümüş, Fatimə Alkərəmova 2 gümüş, 1 bürünc, Səid Həmidov 2 gümüş, Rəşad Alquliyev və Məryəm Cavadova hərəsinə 1 gümüş medal qazanıblar.

Süleyman İsmayılzadə 1500 metr məsafədə sərbəst üsulda 1-ci yerlə yanaşı, həm də Estoniya rekordunu yeniləyib.

Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Estoniya, Latviya, Litva, Ukrayna və Finladiyanın ümumilikdə 35 klubundan 285 idmançı mübarizə aparıb.

İdman.biz

Məqalədə: