Fərid Qayıbov Avropa Su İdman Növləri Federasiyasının prezidenti ilə görüşüb - FOTO

Xəbərlər
3 Aprel 2025 15:39
56
Fərid Qayıbov Avropa Su İdman Növləri Federasiyasının prezidenti ilə görüşüb - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Su İdman Növləri Federasiyasının prezidenti Antoniu Silva ilə görüşüb.

İdman.biz xəbər verir ki, görüşdə üzgüçülük idmanının inkişafı, beynəlxalq əməkdaşlıq və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Avropa Su İdman Növləri Federasiyası və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Görüşdə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, Avropa Su İdman Növləri Federasiyasının vitse-prezidenti Josip Varvodiç və digər şəxslər iştirak ediblər.

İdman.biz