Qran-pridə 17 medal - FOTO

Xəbərlər
14 Aprel 2025 11:42
56
Qran-pridə 17 medal - FOTO

Çexiyada keçirilən üzgüçülük üzrə dünya çempionatına lisenziya xarakterli 32-ci Ostrava Qran-prisi başa çatıb.

İdman.biz xəbər verir ki, turnirdə 5 ölkədən 350-yə yaxın idmançı iştirak edib.

Çexiya, Fransa, Polşa və Sloveniyanın qatıldığı yarışda Azərbaycan millisi 9 idmançı ilə təmsil olunub. Üzgüçülərimiz Ostravada 2 qızıl, 8 gümüş və 7 bürünc olmaqla ümumilikdə 17 medal qazanıblar.

Ramil Vəlizadə ilə Süleyman İsmayılzadə hərəyə 1 qızıl və 2 gümüşə sahib çıxıblar. Əbdürrəhman Rüstəmovla Fatimə Alkərəmova 2 gümüş və 1 bürünclə kifayətləniblər. Oqtay Hüseynov 3, Səid Həmidov 2 növdə üçüncü yeri tutub.

İdman.biz

Məqalədə: