Stolüstü tennis üzrə qadınlardan ibarət Azərbaycan yığmasının böyük məşqçisi Fərhad İsmayılov Batumidə keçirilən “WTT Youth Contender” Ümumdünya Seriyasının gənclər turnirində Azərbaycan idmançılarının Ermənistan təmsilçiləri üzərində qələbəsini şərh edib.
“Qızlarımız hazırda 3 bürünc medal qazanıblar və bu gün də görüşlər olacaq. Qarışıq cütlərdə və oğlanlar arasında çıxışlar olacaq. İdmançılarımız Ermənistan təmsilçiləri ilə keçirdiyi 7 görüşün hamısında rəqiblərinə qalib gəlib. Bunlar vacib turnirlər idi. Yekaterinburqda keçirilən Universiadadan sonra yarışa ciddi hazırlaşdıq və yaxşı çıxış etdik. Bugünkü görüşlərin nəticələrinə əsasən medallara ümid edirik”, - deyə F.İsmayılov İdman.biz-in müxbiri ilə bölüşüb.
Şəbnəm Rəhimova
İdman.biz